Nancy7 (albom)

Nensi Ajramın yüksək kommersiya qoyulmuş və böyük uğura imza atmış yeni "Nancy7" albomu 6 Sentyabr 2010-cu ildə çıxdı. 7-ci studiya albomu "Nancy7" onun daha öncəki işlərinin davamı olaraq, onu bütün zamanların ən uğurlu qadın Ərəb sənətçilərindən biri etmişdir. Albom Rəqs, Texno və R&B də daxil olmaqla müxtəlif səs və janrlarla zəngin idi. Digər tərəfdən isə Nensinin neçə illər ərzində davam etdiyi Misir və Livan rəqs-xalq musiqisini özündə birləşdirirdi. Tənqidçilər bu alboma müsbət yanaşaraq, daha müasir və dünya səviyyəsində olan səslərdən istifadə olunduğunu qeyd edirdilər. Bu xüsusiyyət isə bu səslərlə yerli musiqinin və 90-cı illərin Ərəb mövzularının birləşməsinə imkan yaradır. Mahnıların mətnlərində Nensinin daha öncəki işlərində olduğu kimi sevgidən, heyranlıqdan, kədərdən və münasibətlərdən danışılır. Bundan əlavə, digər mahnılar həyat, uşaqlıq və ailə haqqında dərin duyğuları bildirir. Aparıcı sinql olan "Fi hagat" (Bəzi şeylər var) əsas reklam mahnısı olaraq buraxılan ilk mahnı idi. O, bir neçə Ərəb hit-paradlarında ilk pilləni tutdu, onlardan ən əsası da HitMarker idi. Bu mahnı ard-arda 15 həftə həmin siyahıda qalib olaraq qaldı ki, bu, hit-paradın tarixində bu qədər müddət qalib olan ilk mahnı idi. Albom ikinci sinql olan "Sheikh el Shabab" (Gənclərin şeyxi) ilə rekordları qırmağa davam edirdi. Bu mahnı "Fi hagat"-in yerini tutaraq hit-paradlarda 1-ciliyi əldə etmişdir. Albomun 3-cü sinqlı "Ya Kether" idi. 4-cü və sonuncu sinql isə “Men ely ma ando” idi. Albom 2013-cü ilin İyun ayına qədər bütün dünyada 5 milyondan çox nüsxə ilə satıldı.


Developed by StudentB